• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1982
— 08.09.2020 20:49

Yerində xidmət, asanlaşan fəaliyyət

KepezTV Player

Bu gündən etibarən kafe və restoranlar fəaliyyətini adi qaydada davam etdirməyə başlayıb. Yəni açıq havada olduğu kimi bina daxilində də müştərilərə yerində xidmət göstərilməsinə başlanılıb. Eləcə də mehmanxanalar müştəriləri daha asan şərtlərlə qəbul edəcək. Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən qadağaların yumşaldılması barədə daha ətraflı Orxan Cəfərzadənin materialında.

Sanitar epidemioloji qaydalara əməl etməklə fəaliyyətinə icazə verilən otel və mehmaxanalarda qonaqların qəbulu ilə bağlı bəzi prosedurlar asanlaşıb. Artıq sözügedən məkanlara müraciət edənlər COVİD-19 testi ilə bağlı müvafiq sənədləri təqdim etməyə bilərlər.

Müştərilər rahat şəkildə şəxsiyyəti təsdiq edən sənəd göstərməklə mehmanxanalardan yararlana bilərlər.

Eyyub Məmmədov otel əməkdaşı:Otelimizdə bütün qayda-qanunlara əməl olunur, mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Buna görə də müştərilər rahatlıqla otelimizdə qala bilərlər.

Eyni zamanda otellərin nəzdindən fəaliyyət göstərən restoranlar da bu gündən fəaliyyətini bərpa edib. Uzun müddət bağlı qalan məkanlarda dezinfeksiya işləri aparılıb, masalar ara məsafəsi gözlənilməklə düzülüb, giriş-çıxışlarda xüsusi məhlullar qoyulub.

Sədaqət Məmmədova otel əməkdaşı:Avqustun 8-dən otelimiz icazə verdilər otelimiz fəaliyyətə başladı. Restoranımızın fəaliyyəti dayanmışdı. Bu gündən fəaliyyət başlamaq istəyirik. Bütün dezinfeksiya işləri gedir, hər şey normaldır. COVİD-19-a görə hər gün dezinfeksiya işləri aparırıq. Bütün qayda-qanunlara əməl edirik. Buyurub qonaqlarımız gələ bilərlər.

Ölkə ərazisində restoran və kafelərə də bu gündən qapalı məkanlarda xidmətə icazə verilib. Həm də gecə saat 12-yə kimi.

Simurq Ələsgərov inzibatçı:Salon tərtibatında olan proseslərə icazə verildi və bununla bağlı verilən təlimatlar var ki, biz onları qoruyub saxlamalıyıq. Həm özümüz üçün, həm də gələn müştəri potensialımız üçün. Biz də bunlara əməl edirik. Bunlada dezinfeksiya ilə və hərarətin ölçüşməsi ilə bağlı proseslərdir. Ümumilikdə salonun dezinfeksiyasından danışırıq. Mətbəzdəki qabaqlayıcı tədbirləri də gündəlik edirik. Tam olaraq gedişatda hər hansı problem yaşanarsa, biz onu görürüksə, bizim əməkdaşlarda və müştərilərdə narahatlıq varsa biz onları içəri almırıq.

İctimai iaşə obyektlərinin fəaliyyətinə icazə verilsə də, həmin məkanlar karantin qaydalarına əməl etməlidir. Bununla bağlı bir çox qaydalar mövcuddur.

Bürcü Cabbarov AQTA-nın Gəncə regional bölməsinin rəisi: Qapalı məkanlarda hansı qaydalara əməl olunmalıdır? Ən vacibi Operativ Qərargahın 237 nömrəli qərarı var və bu qərarda yerində müştəri qəbulunun sıxlıq normaları təyin olunur. Demək olar ki, müştəri sayı iki dəfə azaldılır. Bundan başqa açıq məkanlarda olduğu kimi yenə dezinfeksiyaedici məhsullar, maskalardan istifadə, bir masa arxasında əyləşənlər, oturacaqlar arasında məsafə 1 metr olaraq qalır.

Kafe və restoranların qapalı məkanlarında fəaliyyətinə qadağa xüsusi karatin rejimi ilə əlaqədar martın 31-dən tətbiq edilirdi.