• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2995
— 08.09.2020 20:39

Qanunsuz sərnişin daşıyanlar

KepezTV Player

Artıq bu gündən ölkə üzrə minik avtomobillərinin sərbəst hərəkətinə olan qadağa tam aradan qaldırılıb. Yəni sanitar-epidemioloji vəziyyət imkan verdiyindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna da giriş-çıxışa olan qadağa ləğv olunub. Bununla belə ölkə ərazisindəki avtovağzallar bağlı qaldığından xırda, orta və iri tutumlu avtobuslarla şəhərlərarası və rayonlararası sərnişindaşıma mümkün deyil. Yumşaldılma fonunda qüvvədə qalan qadağalara necə əməl olunduğunu əməkdaşımız Natiq Hüseyn araşdırıb, izləyək.

Bəziləri avtobus və mikroavtobuslarla yaxın qohumlarını apardığını, bir çoxları isə xəstəxanaya tələsdiklərini əsas gətirirlər. Reallıqda isə pərakəndə şəkildə rayonlararası sərnişindaşıma ilə məşğul olanların tələbləri pozmuş olduğu müşahidə edilir.

sürücü: Mənim lazımı sənədim var. Sərnişinlərin sığortası, öz sığortam var. Mən Rusiya vətəndaşıyam, Moskavaya sərnişin daşıyıram. Yəni Rusiya vətəndaşı gedib-gəlir.

Bu kimi hallara qərb bölgəsinin müxtəlif ərazilərində rast gəlmək mükündür. Baxmayaraq ki, avtovağzallar hələ də fəaliyyət göstərmir, amma bəzi sürücülər pərakəndə formada sərnişin daşıyır. Xidmət göstərildiyindən sərnişinlərin də bu imkandan yararlandığını demək olar.

sərnişin: Minik avtomobilimiz yoxdu, nə ilə gedək? Məcburam hökmən getməliyəm. Yoxsa mənə lazımdır, yollara bu qədər pul xərcləyim. Sadəcə məcburuq. 

sürücü: Getmirik, biz sərnişin daşımırıq. Heç hara getmirik. Mən Şəmkirə gəlmişdim, geri qayıdıb evə gedirəm.

Gəncə şəhərinin müxtəlif ərazilərini özlərinə dayancaq seçən bir çox sürücülər hətta paytaxt Bakıya, eləcə də digər şəhər və rayonlara da sərnişin daşıyırlar.

Namiq İbrahimov avtovağzal nəzarətçisi: Gəlib burada öz başına sərnişin daşıyırlar. Ən çox da taksilər sərnişin aparır. Amma avtovağzal işlərmir, qapı da bağlıdır.

Pərakəndə şəkildə rayon və şəhərlərə sərnişin daşıyan sürücülər bir qayda olaraq magistral yollardaлж polis postlarında saxlanılır. Hansı ki, bu gün səhər saatlarından başlayaraq bu kimi hallara tez-tez rast gəlinib.

Şahin Süleymanov baş inspektor: Tərəfimizdən sərnişindaşıma ilə məşğul olan sürücülər saxlanıldı. Barələrində 211-ci maddə ilə protokol tərtib olundu. Belə sürücülər biləməlidir ki, sərnişin daşımaya icazə verilməyib.

Bir daha xatırladırıq ki, Operativ Qərargah tərəfindən sərnişindaşımanın yalnız minik avtomobilləri ilə həyata keçirilməsinə icazə verilib.

Natiq Hüseyn