• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1240
— 07.09.2020 20:03

Sağalanlar yoluxanları üstələdi

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 37418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2030 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3936, ötən müddət ərzində isə ümumilikdə 967040 test aparılıb. Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.