• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 885
— 07.09.2020 20:01

Turizm əhəmiyyətli arxeoloji tapıntı

KepezTV Player

Naftalan ərazisində aparılan arxeloji qazıntılar zamanı bizim eradan əvvələ aid çoxtəbəqəli yaşayış yeri aşkar edilib. Təxminən 5 ha ərazini əhatə edən məkan qədimliyi və tapıntılarının zənginliyi ilə Azərbaycanda aşkar olunan ən unikal abidlərdən biri hesab olunur. Ətraflı Elnur Vahidoğlunun sujetində.

Ərazi Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində kəşfiyyat xarakterli arxeloji qazıntılar zamanı üzə çıxıb. Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən aparılan işlər zamanı aşkarlanan çoxtəbəqəli qədim yaşayış yerində ilk məskunlaşmanın enolit dövrünə aid olduğu təxmin edilir. Daha sonra təbəqələşmə tunc dövrü, antik dövr, orta əsirlər dövrünədək davam edir.

Gördüyünüz bu ərazidə aparılan arxeoloji qazıntılar zamanı enolit dövrünə aid yaşayış yeri aşkar olunub. Bu yaşayış yerinin təxminən 6500 il yaşının olduğu bildirilir.

Müzəffər Hüseynov - AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi: Yaşayış yerinin hər iki tərəfindən çay yatağı keçir və vaxtı ilə buradan çox gur sulu çay axıb. Yaşayış yerinin üst yeri təbii müdafiə səddi ilə sanki əhatə olunub. Həm cənub tərəfi, həm cənub-şərq, həm də şimal- şərq hissəsi sıldırım bir hissədir.

Yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 ha-a yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Buranın qala və yaxud da şəhər tipli olması da ehtimal edilir.

Müzəffər Hüseynov - AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi: Biz bu ətrafda olan kənd əhalisi ilə söhbətlər apardıq. Bu hissəyə qala yeri deyiblər. İnsanlar arasında deyilən sözdə buranın vaxtı ilə qala tipli, şəhər tipli yaşayış yeri olduğunu göstərir. Bizim bəlkə hələ ilkin olaraq fikir bildirməıyimiz tez ola bilər, amma ehtimal edirik ki, bura kənd tiplidən şəhər tipli yaşayış yerinə daha uyğundur. Həm buradan çıxan duldu kürəsi, həm reliyef baxımından, buradan çıxan materialların orta əsrlərə aid unikallığı bizə deməyə imkan verir ki, bura şəhər tipli və yaxud qala tipli ola bilər.

Naftalan turizm baxımından olduqca əlverişli bir bölgədir. Bu qədim dövrə aid unikal abidənin ərazisinin gələcəkdə turistlər üçün açıq olması da istisna edilmir.

Müzəffər Hüseynov - AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi: Bu yaşayış yerinin yaxınlığında vaxtı ilə bizim tədqiq etdiyimiz yaşayış yeri var. Təxminən 700 metr aralıda yerləşir. Bundan başqa 1 km yaxınlıqda Muncuqlu təpə erkən dəmir dövrünə aid nekropl yerləşir. Bu ərazidə kutqanlar var. Ətraf yaşayış yeri abidələrlə zəngindir.

Aparılan kəşfiyyat xarakterli arxeloji qazıntılar bu ayın ortalarına kimi davam edəcək. Daha sonra ərazidə geniş tərkibli ekspedisiya qrupu tərəfindən arxeloji qazıntıların aparılması nəzərdə tutulur.

Elnur Vahidoğlu