• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1470
— 05.09.2020 20:32

Polad Həşimovun xatirə turniri yekunlaşıb

KepezTV Player

Gəncədə mini-futbol üzrə təşkil olunan şəhər turnirinə yekun vurulub. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olan general-mayor Polad Həşimovun xatirəsinə həsr edilən yarış 1 həftə davam edib. Turnirdə şəhərin müxtəlif idarə, müəssisə və təşkilatlarının həvəskar futbolçulardan ibarət 8 komandası qüvvəsini sınayıb. Oyunlar olimpiya sistemi üzrə keçirilib. Turnir başa çatdıqdan sonra mükafatlandırma mərasimi reallaşıb. İlk 3 yeri tutan kollektivlərlə yanaşı, mütəxəssislərin rəyinə əsasən müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçuların da əməyi qiymətləndirilib. Qalib komandaya kubok təqdim olunub. Yarışın ənənəvi keçirilməsi qərara alınıb.