KepezTV Player
Goranboy rayon polis şöbəsinin əməkdaşına qarşı rayon ərazisində zor tətbiq olunub. Araşdırmalarla məlum olub ki, rayon sakini Natiq Şirinovun ailəsində münaqişənin baş verməsi ilə bağlı daxil olmuş məlumat əsasında hadisə yerinə Goranboy rayon polis şöbəsinin istintaq-əməliyyat qrupunun üzvü Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Əliyev gəlib. Bu zaman Şirinov polisə zor tətbiq etməklə müqavimət göstərib.Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi başlanıb. Natiq Şirinova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə, o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
- Baxış: 1052