• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1252
— 05.09.2020 12:40

De Byazili millidən nə gözlənilir?

KepezTV Player

Futbol üzrə Azərbaycan yığma komandası bu gün qitəmiqyaslı növbəti turnirdə çıxışa başlayır. Bakıda Lüksemburqu qəbul edəcək millimiz bu oyunla UEFA Millətlər Liqasında mübarizəyə start verir. Bu yarışda layiqincə iştirak etmək üçün yaxınlarda komandaya yeni baş məşqçi də təyin olunub. Tanınan mütəxəssislərdən olan Canni De Byazi millinin sükanı arxasına gətirilib. İndi də italyan allenatore yığmamızı uğura daşımalıdır. Bəs görəsən cənab De Byazi buna nail ola biləcək? Gəncəli mütəxəssislər və yığmanın keçmiş üzvləri ilə görüşən həmkarımız Azad Rəfi onların yeni çalışdırıcı və milli haqda fikirlərini öyrənərək səsləndirdiyimiz suala cavab tapmağa çalışıb.

İstər yaşlı, istərsə də gənc nəsli təmsil edən mütəxəssislərin yeni baş məşqçidən gözləntiləri böyükdür. Əslində həmişə belə olub. Amma əksər məşqçi əvəzləmələri milli üçün uğursuzluqla nəticələnib. Bəzən ara-sıra uğurlu nəticələr olsa da, yığmanın daha çox qeyri-stabil çıxışlarına öyrəncəkliyik.

Ayrı-ayrı vaxtlarda yığmanın şərəfini qoruyan sabiq milli üzvlərinin yeni baş məşqçili komanda ilə bağlı düşüncələri müxtəlifdir. Amma ümumiləşən bir fikir var: De Byazinin gəlişi ilə dəyişən heç nə olmayacaq.

Bir oyunla məşqçiyə və onun komandasına qiymət vermək çətin olar. Amma mütəxəssislərin də bildiyi var ki, danışırlar. Canni De Byazinin üstünlüyü təcrübəsi və Albaniya millisini Avropa çempionatının finallarına  daşıya bilməsidir. Bəs Azərbaycan yığması ilə? Niyə də yox?!