• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2413
— 05.09.2020 12:48

Həm nəzarət, həm tövsiyə

KepezTV Player

Göygöl rayonunda koronovirus infeksiyasına qarşı mübarizə mararifləndirmə səviyyəsində də davam etdirilir. Rayon polis şöbəsinin əməkdaşları yerli icra hakimiyyəti tərəfindən yaradılan mobil qrupun üzvləri ilə birlikdə əhalinin sıxlıq təşkil etdiyi ərazilərdə, eləcə də marketlərdə mütəmadi olaraq yoxlamalar aparır. Məqsəd vətəndaşları qoruyucu maskadan istifadə etməyə yönəltmək, sosial məsafəni gözləməyə istiqamətləndirməkdir. Əvvəlki yoxlamalardan fərqli olaraq bu dəfə marketlərdə satıcı və müştərilərin sosial izolyasiya tədbirlərinə əməl etdiyi və qoruyucu vasitələrdən yararlandığı müşayiət edilib. Bəzi satış məntəqələrində müşahidə olunan kiçik nöqsanlarla bağlı sahibkarla tövsiyyə xarakterili tapşırıqlar verilib. Eyni halın təkrarlanmamasının zəruruliyi vurğualnıb.