• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1243
— 04.09.2020 19:52

Arzu Mirzəyev dəfn olunub

KepezTV Player

58 yaşında həyatını itirən veteran futbolçu Arzu Mirzəyev bu gün İmamzadə Dini Kompleksində dəfn olunub. SSRİ idman ustası infarktdan dünyasını dəyişib. Gəncə futbol məktəbinin ən tanınmış simalarından olmuş Mirzəyev karyerası dövründə ölkəmizin iki ən köklü klubunun - “Kəpəz” və “Neftçi”nin şərəfini qoruyub. O, 1979-1983-cü illərdə Nizami yurdunun təmsilçisinin, 1984-1991-ci illərdə isə paytaxt komandasının formasını geyinib. Ampluaca yarımmüdafiəçi olan sabiq “4 nömrə” “Neftçi”də 181 oyun keçirib və 5 qol vurub. “Ağ-qaralar”ın heyətində SSRİ Çempionatının Güclülər dəstəsində çıxış edib. “Kəpəz” və “Neftçi” ilə yanaşı, qısa müddətdə Tovuzun “Turan” klubunda da oynayıb. Karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. Gədəbəyin "Narzan” komandasının və "Kəpəz"in baş məşqçisi olub. Son illərdə Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbində işləyib