• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 982
— 04.09.2020 19:57

Qiymətlərin artırılması müzakirə olunmur

KepezTV Player

Bəzi kütləvi informasiya vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı məlumatlar yayılır. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib. Hazırda bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur. 2018-ci il 30 iyul tarixli Qərara əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib.