• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1979
— 04.09.2020 19:48

Kəndlərin işğalından 28 il ötür

KepezTV Player

Ağdamın Abdal, Gülablı kəndlərinin işğalından 28 il ötür. Özünün füsunkar təbiətiilə seçilən Abdal, Gülablı Ağdamın ilk işğal olunan yaşayış məntəqələrindəndir.

Ermənilər 1992-ci ilin may ayında Ağdamın Abdal Gülablı kəndlərini işğal edirlər. Amma bir gün sonra kəndlər ermənilərdən geri alınır. Bu ərəfədə kəndlərin özünümüdafiə batalyonu yaradılır. 6 oğul, 4 qız sahibi olan Zərnigar Hüseynova, həyat yoldaşı Əhəd Hüseynovla birlikdə övladları Sadiq, Fərman və Füzulini həmin batalyonun tərkibində döyüşmək üçün göndərirlər. Abdal kənd sakini Filman Abbasovun rəhbərliyilə yaradılan batalyon hər iki kəndin müdafiəsində iştirak edir.

Bu yaşayış məntəqələri Əsgəran və Xocavənd rayonlarını birləşdirən yolun üzərində yerləşir. İlk işğalından sonra Abdal və Gülablı kəndləri 3 ay ərzində müxtəlif istiqamətlərdə erməni silahlılarının hücumlarından müdafiə olunur. Hüseynov qardaşları Ağdamın müxtəlif istiqmatlərində gedən döyüşlərdə fədakarlıqla iştirak edirlər. Qardaşlardan biri Füzuli Hüseynov şəhid olur.

Lakin 1992-ci sentyabrın 4-də Abdal, Gülablı ermənilər tərəfindən yenidən işğal edilir. Sakinlər kəndlərinin işğaldan azad olunacağı günü gözləyirlər.