Müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv dövlətləri Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir davam etdiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşdüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, ərazilərimizin 20 faizinin MDB-nin üzvü olan bir dövlət tərəfindən işğalı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən bu Birliyin ruhuna ziddir. Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatın regional təhlükəsizliyə təhdid yaratdığını deyən Müdafiə naziri eyni zamanda rəsmi Yerevanın Azərbaycanla MDB-yə üzv olan dövlətlər arasında münasibətlərə xələl gətirmək məqsədi güddüyünü də bildirib.
- Baxış: 281