• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2235
— 04.09.2020 19:44

BDYPİ hərəkət iştirakçılarına müraciət etdi

KepezTV Player

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlərin sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Müvafiq ezamiyyə sənədləri olmadan və ya “icaze.e-gov.az” portalına bu haqda məlumatlar daxil edilmədən respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd edilməməsi və qeyd olunan vaxtadək təmkin göstərərək mövcud qaydalara ciddi riayət olunması xahiş edilir.