• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1931
— 03.09.2020 20:47

Arzu Mirzəyev vəfat edib

KepezTV Player

Azərbaycan futboluna ağır itki üz verib. Gəncə futbol məktəbinin yetirməsi, “Kəpəz” və “Neftçi” komandalarındakı çıxışları ilə tanınaraq geniş publikanın sevimlisinə çevrilən Arzu Mirzəyev vəfat edib. 58 yaşlı SSRİ idman ustası Gəncədə bu gün yaşadığı evdə dünyasını dəyişib.  Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra "Kəpəz" və Gədəbəyin "Narzan" komandalarının baş məşqçisi olub. O, son illərdə Gəncədə Təhsil İdman Mərkəzində məşqçi işləyib. Allah rəhmət eləsin!