• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 885
— 03.09.2020 20:45

167 nəfər COVID-19-a yoluxub

KepezTV Player

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 167 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 899 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 264 nəfər müalicə olunaraq sağalıb, 541 nəfər vəfat edib, aktiv xəstə sayı 2 094 nəfərdir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 869, ötən müddət ərzində isə ümumilikdə 942 265 test aparılıb.