Açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazənin verilməsindən sonra ölkəmizdə bərpa olunan yeganə turnir futbol üzrə Azərbaycan Premyer Liqası oldu. Elitadan sonra diqqət I Diviziona yönəlib. Bu ayın sonunda aşağı dəstədə də mübarizənin başlayacağı gözlənilir. Artıq divizionun bəzi iştirakçıları yeni mövsümün planlarını cızmağa başlayıblar.
COVİD-19-a görə yarımçıq dayandırılan ötən mövsümün çempionu “Turan Tovuz” ilk olaraq komandanı qızıl medallara daşıyan məşqçilər korpusu ilə müqaviləni yeniləyib.
Məşqçilər yerində qalsa da, futbolçu heyətində dəyişiklik olacaq. Komandanı tərk edənlər və kluba yeni qoşulan oyunçular var.
Tovuz klubu bəzi rəqiblərini qabaqlayaraq qarşıdakı mövsümün hazırlığına ötən aydan başlayıb.
Son çempion mövsümün yekunlarına əsasən, elitaya yüksəlməli olsa da, lisenziyalaşdırma prosedurunda maliyyə meyarını yerinə yetirə bilmədiyindən divizionda qaldı.
- Baxış: 1157