• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 03.09.2020 12:30

"Ermənistan yenə riyakarlıqla məşğuldur"

KepezTV Player

Təcavüzkar Ermənistanın son zamanlar Xarici İşlər naziri səviyyəsində verdiyi açıqlamalarda münaqişənin sülh yolu ilə həlli danışıqlarının bərpa olunması cəhdlərini müşahidə edirik. Hətta bu cəhdləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri zamanı səsləndirdiyi bəyanatlarla əlaqələndirmək istəyi də göz qabağındadır. Bunu Xarici İşlər Nazirliyinin  Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin ötən gün mətbuat konfransında səsləndirdiklərini şərh edərkən deyib. "Ceyhun Bayramovun Moskva XİN-də mətbuat brifinqində söylədiklərini yəqin ki, Ermənistan tərəfi yaxşı dinləyib; belə ki, nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını və münaqişənin sülh yolu ilə həlli çərçivəsində Azərbaycanın ərazilərinin işğaldan azad olunması, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruri olduğunu vurğulayıb. Görünən odur ki, Ermənistan yenə də riyakarlıqla məşğuldur. Bir tərəfdən sülh prosesindən danışdığı halda, digər tərəfdən iki ölkənin sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın ardınca təmas xəttində sabotaj aktı törətməyə cəhd göstərib, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirməkdədir". Sitatın sonu.