• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 02.09.2020 20:07

Tovuzdan Türkiyəyə yarışa

KepezTV Player

Velosiped idmanı üzrə gənclər və 23 yaşlılardan ibarət Azərbaycan yığma komandaları qərb regionunda keçirdiyi təlim-məşq toplanışını başa vurub. Milli üzvləri 2 həftə müddətində Tovuz, Şəmkir və Gədəbəy rayonlarında hazırlıq keçiblər.

Məşqlər üçün ilk dəfə qərb regionuna səfər edən yığma komandalar baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında çalışıblar. Tovuzda qalan velosipedçilər əsasən dağlıq relyefə malik ərazilərdə pedal çeviriblər.

Toplanış dövründə velosipedçilər hazırlıq proqramına uyğun olaraq gündə 2 dəfə məşqlərə çıxıblar. Və gün ərzində 100-170 km aralığında məsafəni qətt ediblər.

Qərb toplanışını başa vuran pedal ustaları uzun fasilədən sonra beynəlxalq yarışlarda iştirak edəcəklər. Yığma komandanın üzvləri Türkiyədə təşkil ediləcək 6 yarışda mübarizə aparacaqlar.