• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 02.09.2020 20:10

Xaricdən gətirildi, yerli iqlimə uyğunlaşdırıldı

KepezTV Player

Gəncə İran, Misir, Türkiyə və Hollandiya kimi fərqli iqlim şəraitinə malik ölkələrdən gətirilən dekorativ ağaclar və gül kolları ilə daha da gözəlləşəcək. Bitkilərin ştil və toxumları şəhərin gülçülük təsərrüfatının istixanalarında çoxaldılır. Payız fəslində isə bu dekorativ ağaclar və gül kolları Gəncənin park və xiyabanlarında, istirahət guşələrində əkiləcək.

Dekorativ bitkilər Şəhər Yaşıllaşdırma İdarəsinin gülçülük sahəsinin 12 ha-lıq ərazisində becərilir. Xüsusi ayrılan istixanalarda ağaclar və gül kolları növlərinə uyğun olaraq toxum və ya qələmlə yaz fəslində əkilib. Hazırda ərazidə payız əkini üçün 50 min Eldar şamı, 30 min Xan çinar, 20 min sərv ağacı tingləri, eləcə də digər müxtəlif növ dekorativ ağaclar var. Bundan başqa, istixanalarda 100 min qızılgül kolu, 500 mindən çox müxtəlif növ gül kollarına qulluq edilir.

Elmar Əzizov - Gəncə Şəhər MKTİB-in Yaşıllaşdırma şöbəsinin rəisi: Ən çox Türkiyə və Hollandiya ölkələrindən Gəncə şəhərinin bəzədilməsi üçün gül-çiçəklər gətirilidirdi. Artıq o gülləri çilikləmə şəklində artırırıq. Özümüz toxumların ştil halında yetişdirilməsi ilə məşğuluq və onun təməlini qoymuşuq. Gəncə şəhəri artıq digər ölkələrdən gül və çiçəkləri almalı olmayacaq. Hamısını öz sahəmizdən, park və xiyabanlardan ötrü yetişdiririk.

Ümümilikdə Gəncədə 17 istirahət guşəsi, park və xiyaban 760 ha yaşıllıqla əhatə olunub. İlin əvvəlindən bu ərazilərə 80 min müxtəlif növ ağac, 350 minə yaxın gül-çiçək kolu əkib.

Elnur Vahidoğlu