• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 785
— 02.09.2020 19:14

Dələduzluq faktı nəzarətə götürüldü

KepezTV Player

Avqustun 31-də Fatih Turan adlı istifadəçinin Baş Prokurorluğun “prokurorluq” adlı instaqram sosial şəbəkəsinə müraciəti dərhal Baş Prokurorluğun rəhbərliyinə, o cümlədən əlaqədar idarələrə təqdim olunub. Paytaxtın Xətai rayonu ərazisində yaşayan Türkiyə vətəndaşı Fatih Turan Abşeron rayon prokurorluğuna dəvət edilərək dinlənilib. Turan Vüsal və Sürxan adlı şəxslərin onun 15 min manat pulunu dələduzluq yolu ilə ələ keçirmələri ilə bağlı Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə müraciəti əsasında aparılan araşdırmanın nəticəsindən narazı olduğunu, ona dəyən ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş edib. Toplanan materiallar rayon prokurorluğu tərəfindən tələb edilərək öyrənilib. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, ibtidai istintaqın aparılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.