• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 02.09.2020 19:09

Qardaş bacısını suda boğub

KepezTV Player

Avqustun 31-də gecə saatlarında Şabran rayon sakini 33 yaşlı Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Araşdırmalarla Leyla Müseyibovanın qardaşı 30 yaşlı Elşən Abdulov tərəfindən aralarında yaranan münaqişə zamanı qəsdən suya atılması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsi ilə iş başlanıb. Elşən Abdulov şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Məlumata görə, Ağbaş kəndində qeydə alınan hadisə ailə münaqişəsi zəminində baş verib. Elşən Abdulovun 4 uşaq anası olan bacısı Leyla Müseyibova ilə mübahisəsinə bacısının növbəti dəfə ər evindən küsüb ata evinə qayıtması səbəb olub. Bunu qəbul etməyən Abdulov qadını Samur-Abşeron kanalının kənarına gətirərək onu suya itələyib.