• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1821
— 01.09.2020 12:30

"Erməni nazirin fikirləri cəfəngiyyatdır"

KepezTV Player

Beynəlxalq hüququn fundamental prinsiplərini pozaraq qonşu ölkənin beynəlxalq tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan, münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa maneə törədən, üstəlik öz əməlləri və bəyanatları ilə bölgədə gərginliyin artmasına xidmət edən bir ölkənin Xarici İşlər naziri bölgədə sülh şəraitinin yaradılmasından bəhs edir.Ermənistanın hərbi-siyasi rəhbərliyinin danışıqların mahiyyətini heçə endirən addımları “sülh şəraitinin” yaradılmasına əsas əngəldir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər naziri Z.Mnatsakanyanın müsahibəsində münaqişənin həlli prosesi ilə bağlı siyasi iradənin olmasının vacibliyi barədə fikirlərinə münasibət bildirərkən deyib. "Gənc nəsli faşizm dəyərləri əsasında tərbiyə edilən, terroru dövlət səviyyəsində dəstəkləyən bir ölkənin nümayəndələrinin dünyanın müxtəlif ölkələrində Azərbaycanlılara qarşı nümayiş etdirdikləri vandalizm əməllərinin səbəbləri hamıya yaxşı bəllidir. Odur ki, xarici ölkələrdəki etnik qarşıdurmanın qarşısının alınmasını münaqişənin həllində siyasi iradə nümayiş etdirilməsi ilə əlaqələndirən erməni nazirinin fikirləri cəfəngiyyatdır. Çünki Ermənistan illərdir ki, bu siyasi iradəni nümayiş etdirə bilməyib". Sitatın sonu.