Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və tabeliyində olan Qərb Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nisə Vəlizadə və Elmar Piri saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Nisə Vəlizadə İran vətəndaşı olan Sabir adlı şəxsin göndərdiyi narkotik vasitəni Elmar Piridən ona çatdırmasını xahiş edib. Piri hələlik adı istintaqa məlum olmayan qadının şəhər ərazisində gizlətdiyi narkotik vasitəni götürərək Nisə Vəlizadəyə vermək istəyib. Ancaq onun bu arzusu ürəyində qalıb. Hər iki şəx polis tərəfindən saxlanılıb.
Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Elman Piri narkotik vasitəni götürərək Nisə Vəlizadəyə təqdim etdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Onun əlindəki sellefan torbaya baxış keçirilib. Oradan 1 kiloqram 700 qram “heroin” və 1 kiloqram 300 qram “tiryək” aşkar edilərək götürülüb. Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 1444