• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1572
— 31.08.2020 20:19

Şəmkirdə Uşaq Bərpa Mərkəzi tikilir

KepezTV Player

Sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə Şəmkirdə Uşaq Bərpa Mərkəzi tikilir. Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Ölkə rəhbərinin göstərişi ilə bölgələrdə Uşaq Bərpa Mərkəzlərinin sayı artırılır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən belə mərkəzlərdən biri Şəmkir rayonunda inşa olunur. Tikintisinə bir müddəl əvvəl başlanılan binada əsas işlər görülüb. Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlar üçün bütün şəraitin yaradılması planlaşdırılır. Böyük ərazini əhatə edən mərkəz Bakı-Qazax magistralının Şəmkir şəhəri ərazindən keçən hissəsində yerləşir. Buranın xidmətlərindən tək Şəmkir rayonu deyil, ətraf şəhər və rayonlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar da yararlana biləcəklər.

Gülnar Əzizova - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi: Hal-hazırda Qəbələ və Şəmkir rayonlarında uşaqların Bərpa Mərkəzləri tikilir. Cari ildə tikinti işlərinin başa çatdırılması planlaşdırılır. Həmin müəssisələrdə sağlamlıq imkanları məhdud olan uşaqlara müasir fizioterapiya metodları əsasında kompleks bərpa müalicə xidmətləri göstəriləcək. Hər iki bərpa mərkəzində il ərzində 600-dən çox uşaq stasionar 1000-dək uşaq ambulator formada reabiliator xidmətləri ilə təmin olunacaq.

Ölkədə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl işlər aparılır. Hazırda respublikada 14 bərpa mərkəzi var və bunlardan ikisi paytaxtda olmaqla sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərir.

Natiq Hüseyn