• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2213
— 31.08.2020 19:55

“Sambek yüksəklikləri” kompleksi açıldı

KepezTV Player

Rusiya Federasiyasının Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı olub. Bununla bağlı Rusiyanın “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarında reportajlar göstərilib, əsasən azərbaycanlılardan ibarət olan 416-cı Taqanroq diviziyasının qəhrəmanlıqları barədə geniş məlumat verilib. Prezident İlham Əliyev müsahibəsi zamanı deyib ki, Rostov vilayətini azad edən 416-cı Taqanroq atıcı diviziyasının döyüşçülərinin 90 faizindən çoxu əslən Azərbaycandan idi. Diviziya təkcə Rostovu deyil, bütün Rostov vilayətini, o cümlədən Taqanroq şəhərini azad edib, bundan sonra diviziyaya Taqanroq adı verilib. Azərbaycan ümumi Qələbəyə layiqli töhfə verib. Melitopol, Kişniyov, Odessa şəhərlərini də 416-cı diviziya azad edib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu diviziya uğurla həyata keçirilmiş Mozdok əməliyyatında xüsusilə fərqlənib. Əslində, bu əməliyyat Bakı şəhərinin faşistlər tərəfindən tutulmasının qarşısını alıb. Əks halda, Böyük Vətən müharibəsinin nəticələri fəlakətli olardı. O dövrdə cəbhə üçün yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan təchiz edirdi. Əgər Azərbaycan və onun mədənləri faşistlərin əlinə keçsəydi, müharibənin nəticəsi tamam başqa olardı. 128 Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Azərbaycanda hərbi texnika istehsal edilirdi. Müəssisələr gecə-gündüz işləyirdi. Qeyd etməliyəm ki, 416-cı diviziya Berlinin götürülməsində də fərqlənib. Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutublar. Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancıb. Biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik.