• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2126
— 31.08.2020 12:20

Gəncə sərt karantin rejimi zonasından çıxarıldı

KepezTV Player

Koronavirusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Gəncə, eləcə də Mingəçevir, Yevlax, Cəlilabad, Masallı&nbsp; şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları bugündən sərt karantin rejimi zonasından çıxarılıb. Ölkə&nbsp;ərazisində tətbiq olunan xüsusi karantin rejimi isə 30 sentyabr saat 00-dək uzadılıb. Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edir.&nbsp;Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.<br>Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.<br>Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.