• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1772
— 31.08.2020 11:37

Şəmkirdə narkotik yetişdirən şəxs saxlanılıb

KepezTV Player

Onun üzərindən və yaşadığı evin həyətindən xeyli miqdarda marixuana aşkar edilərək götürülüb.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında rayon ərazisində əməliyyat keçiriblər. Şəmkir şəhər sakini Elşən Qarayevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli çətənə bitkiləri aşkarlanaraq götürülüb.    

Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Vətəndaş Elşən Qarayevin yaşadığı həyatyanı sahəyə baxış zamanı oradan 8 ədəd çətənə kolu aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub”.

Elşən Qarayevin üzərinə baxış zamanı ondan 14.609 qram qurudulmuş marixuana aşkar olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi məqsədilə becərdiyini deyib.

Elşən Qarayev - saxlanılan şəxs: “Toxumu eləcə atmışdım, vaxşırı sulayırdım. O da əmələ gəlirdi. Hərdən bir də qayçı ilə kəsib yoxlayırdım ki, görüm bar verirmi. Bar verəni də var idi, verməyəni də. Bugünkü gün çox peşmanam”.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb. İstintaq aparılır.

 

Natiq Hüseyn