• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1604
— 29.08.2020 20:30

Qarabağ müharibəsi əlili ziyarət olunub

KepezTV Player

Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman diqqət mərkəzindədir. Vətənin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlığını itirən vətəndaşlardan olan Ramil Ələsgərov də bu sıradadır. Qarabağ əlilləri və şəhid ailələri üçün verilən binada mənzillə təmin olunan keçmiş döyüşçüyə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri baş çəkiblər. 1-ci qrup əlilə sovqat aparılıb, dərmanlarla təmin olunub. Ramil Ələsgərov 3 il öncə Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə əməliyyat edilib.