• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 29.08.2020 14:08

Ağstafada qədim yaşayış məskəni aşkarlanıb

KepezTV Player

Ağstafada neolit dövrünə aid yeni yaşayış məskəni və maddi mədəniyyət nümunələri aşkarlanıb. Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspediyası ərazidə qazıntıya başlayıb. Burada 8 min il bundan əvvəl yaşayışın mövcud olduğunu göstərən Neolit dövrünün ən qədim mərhələsinin izlərinə rast gəlinib.

Ağstafada Çağrı təpə adlanan qədim yaşayış məskəni və buradan tapılan daş qalıqlarından ibarət müxtəlif alət və məişət əşyaları onu sübut edir ki, ərazidə 8 min il bundan əvvəl intensiv yaşayış olub. İlkin analizlərə görə, qədim sakinlər ərazinin təbii sərvətlərini və çay ətrafı olduğunu nəzərə alaraq burada kompkakt yaşayıblar.

Nəcəf Museyibov AMEA-nın ekspedisiya rəhbəri: “Həm sovet dövründə, həm də sonrakı illərdə aparılan araşdırmalar zamanı ərazinin bütövlükdə qərb bölgəsində neolit dövrü məakunlaşması problemləri tədqiq edilir.Son araşdırmalar zamanı aşkar edilmiş daş məmulatları və digər bütün qalıqlar və aparılan qazıntıların nəticəsində edilən analizlər onu göstərir ki, bu ərazidə neolit dövrü insanları məskunlaşıb və neolitin ən qədim mərhələsinin izlərini aşkara çıxara bilirik”.

Arxeoloji qazıntılar davam etdiriləcək. Tapılan maddi mədəniyyət nümunələri dəqiq tədqiq edilməsi üçün Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna göndəriləcək.

Natiq Hüseyn