KepezTV Player
Futbol üzrə Azərbaycan Premyer Liqasından sonra I Divizionda da mübarizənin başlayacağı gün uzaq deyil. Peşəkar Futbol Liqasının aşağı dəstədə yeni mövsümə sentyabrın 20-də start verəcəyi dolaşan xəbərlər sırasındadır. Odur ki, divizionda iştirak edəcək klublar da işlərini ehtiyatlı görərək təlim-məşq toplanışına start verməyə başlayıblar. “Turan Tovuz” və “Zaqatala”nın ardınca Gəncənin “Kəpəz” komandası da hazırlıq üçün meydana çıxacaq. “Sarı-göylər” avqustun 24-də toplanışa başlamağı qarşıya məqsəd qoyublar. Komanda məşqləri Gəncədə keçirəcək. Xatırladaq ki, “Kəpəz”in üzvləri koronavirus pandemiyası ilə bağlı 5 aydır ki, peşəkar şəkildə məşq etmirlər.
- Baxış: 258