• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 29.08.2020 12:20

Ülviyyə qələbə qazansa da, yığma uduzdu

KepezTV Player

Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin oyunları keçirilib. Onlayn yarışda B qrupunu 14 xalla birinci pillədə başa vuran Azərbaycan millisi bu raundda Polşa ilə üz-üzə gəlib.

Yığma ilk dueldə rəqibinə uduzsa da, ikinci qarşılaşmada hesabı bərabərləşdirə bilib.

Qalibi müəyyənləşdirmək üçün komandalar arasında "armageddon" oynanılıb. Təəssüf ki, burada millimiz məğlubiyyətə uğrayıb. Bununla da Azərbaycan olimpiadada mübarizəni dayandırıb. Polşaya qarşı matçın iştirakçıları arasında Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva da olub.O,Karina Sifka ilə qarşılaşmada qələbə qazanıb. Görüşləri doğma şəhərində evindən oynayan Fətəliyeva bundan əvvəl Cənubi Afrika Respublikası və Norveç kollektivləri ilə oyunlarda da bacarığını nümayiş etdirib. Ülviyyə hər iki matçda rəqiblərinə qalib gəlib. Xatırladaq ki, bu il Rusiyanın paytaxtı Moskvada təşkili nəzərdə tutulan ümumdünya şahmat olimpiadası koronavirus pandemiyası səbəbindən onlayn formada keçirilir.