• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1187
— 29.08.2020 12:41

Sanitar-epidemioloji vəziyyət nəzarət altındadır

KepezTV Player

Xaricə getməkdən çəkinmək lazımdır

Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır. Virusla bağlı vəziyyət sabitləşib və yoluxmalar azalıb. Bugünkü rəqəmlər sevindiricidir, ancaq dünya təcrübəsi göstərir ki, yumşalmalara və açılmalara getdikcə yoluxmaların sayı artır. Buna görə də vətəndaşlar diqqətli olmalı və qaydalara riayət etməlidir. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib. Hikmət Hacıyev vətəndaşları hazırki dövrdə ciddi zərurət olmadan xarici ölkələrə getməkdən çəkinməyə də çağırıb.