• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 29.08.2020 12:31

Tədris prosesinin təşkili ilə bağlı qərar

KepezTV Player

Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə sərəncama imza atan Baş nazir Əli Əsədov bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkilinin təmin edilməsi barədə əmr də imzalayıb.Məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrində, internat məktəblərində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda tədris və təlim-tərbiyə prosesinin təşkili sentyabrın 15-dən, ümumi təhsilin məktəbəhazırlıq mərhələsi üzrə oktyabrın 1-dən, ümumi təhsilin tam orta təhsili səviyyəsi oktyabrın 15-dən, ali və orta ixtisas təhsili müəssisələrində oktyabrın 1-dən, peşə təhsilinin bütün səviyyələri üzrə isə oktyabrın 15-dən başlayır. Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.