• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 29.08.2020 12:30

Karantin rejimi 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb

KepezTV Player

Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb ki,virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır. Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcəkdir. Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır. Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir. Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.