• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 711
— 28.08.2020 12:17

Gəncə və Sumqayıtda seroloji testlər keçiriləcək

KepezTV Player

Gələn həftədən Gəncə və Sumqayıtda seroloji testlər keçiriləcək. Hazırda layihə yalnız Bakıda icra olunur.  TƏBİB-in məlumatına görə, son 2 həftədir Azərbaycanda icra olunan layihə nəticəsində artıq 300-dən çox nümunə götürülüb. Təsadüfi seçilmiş əhali qrupuna zəng vurulur. Həmin şəxslərdən seroloji test vermək istədiyi barədə soruşulur. Razılıq verirsə, tibb bacıları həmin şəxsin ünvanına gedərək analiz götürür.  Nəticələr maksimum 1-2 gün ərzində məlum olur. Bu analizi verən şəxslərə qanın ümumi analizini verməyi də təklif olunur. Hər iki analiz tam ödənişsizdir.  Seroloji testin nəticəsi hazırda həmin şəxsin aktiv xəstə olduğunu göstərmir, sadəcə daha əvvəl koronavirus keçirib-keçirmədiyini müəyyən edir. COVİD-19 xəstəliyi bir çox adamda asimptomatik keçir, yəni xəstənin heç bir simptomu, şikayəti olmur. Həmin şəxs xəstəliyi keçirdiyinin fərqinə varmır.