• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 27.08.2020 20:52

Uşaq bağçalarının açılması

“Növbəti tədris ilinin məktəb binasında müzakirə etməyimizin simvolik əhəmiyyəti var”. Bunu COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib. Nazır qeyd edib ki, təhsil bir neçə milyon insanın gün ərzində hərəkətini və ünsiyyətini təmin edir. Bu amil koronavirusa yoluxmaya təsir edən fakt kimi nəzərə alınmalıdır. Azərbaycanda tədris ili sentyabr ayının 15-dən başlayır. Təhsil bərpa olunacaq, ancaq xüsusi şərtlər daxilində. Uşaq bağçaları ən mürəkkəb təhsil pilləsidir.

Məktəbəhazırlıq qruplarının fəaliyyəti

Ümumtəhsil müəssisələrinin nəzdində məktəbəhazırlıq qruplarının fəaliyyətinə gəlincə..

İbtidai siniflərin 15 sentyabr tarixindən həftədə 2-3 dəfə dərsə gəlməsi təklif edilir. Yuxarı sinif şagirdlərinin keyfiyyətli təhsil alması da diqqətdə saxlanılır.

“Magistraturaya qəbul olunanların bakalavrdakı birinci kurslar kimi ali məktəblərə tanışlıq üçün gəlməsi nəzərdə tutulmur”.

Magistrlərin sayı az olduğu üçün gələcəkdə onların təhsillərinə yeni tədris formasında davam etməsi də mümkün ola bilər. O da qeyd edilib ki, peşə təhsili müəssisələri və ali məktəblərdə təhsil sentyabrın 15-dən distant qaydada başlayacaq.

Hansısa məktəbdə kütləvi yoluxma olarsa, həmin müəssisədə təhsil onlayn qaydaya keçiriləcək.

Koronavirusla bağlı müəllimlər və valideynlər daha çox risk qrupuna daxildir. Azərbaycanda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 38 faizini 50 yaşdan yuxarı olan müəllimlər təşkil edir: “Bu müəllimlərin təhlükəsizliyini təmin etmək vacibdir. Bu baxımdan onlar üçün maska taxılmasının məcburi olması daha gözləniləndir. Uşaqların maska geyinməsi isə valideynlərin öz öhdəsinə buraxılacaq.

Məktəblərdə kütləviliyin azaldılması üçün dərs cədvəlində də dəyişiklik ediləcək.

İbtidai sinif uşaqları eyni gündə dərsə getməyəcək. Sinifdə uşaq çoxdursa, onlar iki qrupa bölünəcək və hər qrup üçün həftədə iki və ya üç gün təyin ediləcək.  Övladının hansı gün dərsə gedəcəyi barədə məlumatı valideynlər dərslərin başlanmasından bir həftə əvvəl məktəbdən ala biləcəklər və məktəblər də öz növbəsində bu məlumatı valideynlərə çatdıracaq. Təhsil naziri 60-65 yaş arasında olan müəllimlərin dərs yükündən də söz açıb.   “60 yaşdan yuxarı olan müəllimlərin sayı cəmi 12 faiz təşkil edir. Onların dərs yükü dəyişməyəcək və əmək haqları da müvafiq qaydada qalacaq”.