• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 27.08.2020 12:41

Terrorçuya ömürlük həbs verildi

KepezTV Player

Yeni Zelandiyanın Kraystçerç şəhərində 2019- cu il martın 15-də iki məsciddə terror aktı törədən avstraliyalı Brenton Harrison Tarrant ömürlük həbs cəzasına məhkum olunub. Caninin hökmünü oxuyan hakim Kameron Mander Brenton Tarrantı vaxından əvvəl azadlığa çıxmaq hüququndan da məhrum edib. Xatırladaq ki, terror aktı  51 nəfərin ölümü və 38 nəfərin yaralanması ilə nəticələnmişdi.

Kameron Mander hakim: Cinayətləriniz o qədər mənəviyyatsızdır ki, ölənə qədər həbsdə saxlanılsanız belə cəza tələbləri tükənməz qalacaq. Siz mərhəmət etmədiniz, siz yalnız qatil deyil, həm də terrorçusunuz. Yeni Zelandiyanın yeni həyat tərzinə hücum etməyi hədəfə almısınız.