• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 891
— 27.08.2020 12:37

3 kiloqrama yaxın narkotik aşkarlandı

KepezTV Player

Abşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. 3 kq-a yaxın marixuana aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinə Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fərid Hüseynovda külli miqdarna narkotik vasitənin olması ilə bağlı əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində Fərid Hüseynov saxlanılıb. Üzərinə baxış zamanı 1 kiloqram 230 qram marixuana aşkarlanaraq götürülüb.

Abşeron polisinin keçirdiyi digər əməliyyat nəticəsində Saray qəsəbəsinin daha bir sakini Mahir Dadaşov da saxlanılıb. Ondan1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.