• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1897
— 26.08.2020 19:55

"Danışıqlar konkret məsələlər ətrafında aparılmalıdır"

KepezTV Player

30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə rəğmən Azərbaycan danışıqlar prosesində iştirak etməkdə davam edir. Yerli azərbaycanlılar öz ərazilərindən didərgin salınıblar, onların evlərində isə xaricdən, o cümlədən Yaxın Şərqdən gətirilən etnik ermənilər məskunlaşdırılır. Bu isə öz növbəsində beynəlxalq humanitar hüququn, ilk növbədə isə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Bunu Xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın fəal roluna xüsusi ümidlər bəsləyir.