• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2683
— 26.08.2020 11:33

Avtobus sürücüsünü döyən sərnişin saxlanıldı

KepezTV Player

İctimai nəqliyyatda sürücüyə qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub. Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 27 yaşlı Anar Nehmətli saxlanılıb. Onun hərəkətlərində xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə barəsində toplanmış materiallar baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib.