• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1117
— 26.08.2020 11:47

Gəncədə “Krıtı Malış” ləqəbli avtoritet silahla saxlanıldı

KepezTV Player

Gəncədə polis kriminal aləmin üzvünü yaxalayıb. Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan “Krıtı Malış” ləqəbli şəxsin üzərində odlu silah aşkarlanıb.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunmuş, 42 yaşlı Zaur  İsmayılov şəhər ərazisindəki çayxanaların birində saxlanılıb. Kriminal aləmdə “Krıtı Malış” ləqəbi ilə tanınan İsmayılov Kəpəz rayon Polis İdarəsinə gətirilib.

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Kəpəz rayon Polis İdarəsində onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, kustar üsulla hazırlanmış, “Naqan” tipli revolver tapança, həmin tapançanın barabanından isə 4 ədəd atəşə yararlı  9 mm kalibrli “Makarov” tipli tapançanın patronları aşkar edilərək götürülüb.

Ömrünün çox hissəsini dəmir barmaqlılar arasında keçirən Zaur İsmayılov düşmənin çox olmasını da gizlətməyib.

Zaur İsmayılov - saxlanılan şəxs: Bağmandan zibillikdən tapmışdım. Özüm də həbsxanada olmuş adamam. Elə üstümdə gəzdirirdim. Bu gün səhər “tekstilni”də çay evində oturmuşdum. Polis əməkdaşları gəlib tudular.

Hazırda İsmayılovun həmin odlu silahdan hər hansı cinayətdə istifadə edib etmədiyi araşdırılır.

Natiq Hüseyn