• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2423
— 25.08.2020 20:49

Kursant qəbulu üçün müsabiqə

KepezTV Player

Azərbaycan, Türkiyə və Rusiya arasında hərbi təhsil sahəsində bağlanmış müqavilələrə əsasən, 2020/2021-ci tədris ilində Türkiyənin Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunur. Müsabiqədə 2020-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplayan, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 30 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Müdafiə Nazirliyinə təqdim olunacaq. Uğur qazanan 10 namizədin Gülhanə Tibb Fakültəsində, 2 namizədin isə Hərbi Tibb Akademiyasında təhsil almağa göndərilməsi planlaşdırılır.