Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb. Barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Rəşad Kazımova qardaşı Qobustan rayon sakini Tehran Məmmədov tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan köynəyə xüsusi üsulla hopdurulan ümumi çəkisi 1,978 qram narkotik maddə “heroin” aşkar edilib.<br>8 il müddətinə azadlıqdan məhrum edilən və hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Ağamədi Niyazova da qardaşı Abşeron rayon sakini Fəxri Niyazov sovqat gətirib. Baxış zamanı çörəyin içərisində xüsusi üsulla gizlədilən sellofan bükülüdə ümumi çəkisi 0,295 qram narkotik maddə “heroin” aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.
- Baxış: 928