• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 22.08.2020 12:36

Qəzalar xəsarətlə nəticələndi

KepezTV Player

Bakı-Qazax magistral yolunun Ağstafanın Qırlı  kəndindən keçən hissəsində “Mercedes VİTO” markalı mikroavtobus iki piyadanı vurub. Sonra isə yol kənarında dayanan qoşqulu “KamAZ”a çırpılıb. Piyadalar - 25 yaşlı İlham Zeynalı və 34 yaşlı Həsən Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Rayonun Dağkəsəmən kəndində də qəza olub. İki minik maşınının toqquşması nəticəsində 55 yaşlı Firuzə Nəsibova və nəvəsi 3 yaşlı Ayşə Nəsibova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində isə “VAZ 2106” markalı avtomobil idarəetmənin itirilməsi ilə yol kənarındakı maneəyə çırpılıb. Qəza zamanı sürücü 45 yaşlı Elxan Əliyev yaralanıb və xəstəxanaya çatdırılıb. Faktlarla bağlı araşdırma aparılır.