• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 681
— 21.08.2020 12:16

Siqaret və dərman preparatları aşkarlandı

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb. Belə ki, Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz 1840", "Mercedes-Benz Axor" və "Volvo" markalı yük nəqliyyat vasitələri saxlanılıb. Gömrük baxışı zamanı avtomobillərdə gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3800 ədəd müxtəlif markalı siqaretlər və 176 həb müxtəlif adda dərman preparatları aşkarlanıb.<br>Faktlarla bağlı araşdırmalar&nbsp;aparılır.