KepezTV Player
Dərədə kişi meyiti tapılıb. Tahirli kənd sakini Təyyar Məhərrəmov üç gün əvvəl meşə gözətçisi olduğu əraziyə getmək üçün avtomobilini aşağı kənddəki həyətlərdən birində saxlayıb. Ailə üzvləri iki gün ərzində Məhərrəmovun qayıtmadığından narahat olduqlarında polis şöbəsinə məlumat veriblər. Bu gün meşəbəyinin meyiti Hanoba meşəsindəki dərədə aşkar olunub. Müayinə üçün aidiyyəti üzrə təhvil verilib.<br>Faktla bağlı Yardımlı rayon prokurorluğunda araşdırma aparılır.
- Baxış: 1017