• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2330
— 18.08.2020 11:57

Narkotik alverçisi polisi bıçaqladı

KepezTV Player

Astarada narkotik alverçisi polisi öldürməyə cəhd edib. Ötən gün rayon ərazisində polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanması barədə Astara rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Araşdırmalarla müəyyən edilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonu, Şahağacı kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri ilə əlaqədar kənd sakini Seyhun Məmmədovun şəxsi avtomobilinə baxış keçiriblər. Bu zaman Məmmədov polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirməsinin qarşısını almaq məqsədilə onun döş qəfəsinə bıçaqla zərbə vurub öldürməyə cəhd edib. Şəxsi axtarış aparılarkən Seyhun Məmmədovun üzərində və avtomobilində narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülüb.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Seyhun Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.