• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 17.08.2020 12:14

Divizionda yeni limit qüvvəyə minir

KepezTV Player

Futbol üzrə I Divizionda bir neçə ildir ki, yaş limiti tətbiq edilir. Limit yeni mövsümdə də olacaq və artıq bununla bağlı aşağı liqada çıxış edəcək komandalara məktub ünvanlanıb. Yeni qaydaya əsasən, qarşıdakı “futbol ili”ndə divizion təmsilçiləri meydana 2000-ci ildən yuxarı 6 futbolçu buraxmağa məcburdu ki, onlardan biri mütləq 2002 və 2003-cü il olmalıdı. Əsas heyətdə yaşı 20-ni ötmüş yalnız 4 oyunçu yer ala bilər ki, onlardan da ikisinin legioner olmasına icazə verilir. Tətbiq olunan limit məşqçilərə də çətinlik yaradıb. Divizion klublarını çalışdıran mütəxəssislər hazırda bu problemi həll etmək üçün futbolçu axtarışlarına başlayıblar. Aşağı dəstədə yarışan elita klublarının 19 yaşlılardan ibarət komandası olduğundan əvəzediciləri bunun hesabı problemi həll edə biləcəklər. “Kəpəz”, “Turan Tovuz” və “Zaqatala” kimi komandaların durumu isə acınacaqlıdı.