• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2000
— 14.08.2020 20:24

Gələcək müəllimlər imtahan veriblər

KepezTV Player

Təhsil Nazirliyi müəllimlərin işə qəbulunun birinci mərhələsinə başlayıb. Pandemiya şəraiti nəzərə alınaraq test imtahanları bu il ilk dəfə olaraq bölgələrdə də təşkil edilir. Namizədlər 17 region üzrə 32 mərkəzdə biliklərini yoxlayırlar. Gəncədə baş tutan imtahanlarda şəhərlə yanaşı, Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Samuxdan olan namizədlər də iştirak edirlər. Bu gün fizika, fransız dili, rus dili və biologiya müəllimi olmaq istəyənlər imtahan veriblər. Gün ərzində 2 seans keçirilən prosesdə iştirakçılara 90 dəqiqə vaxt verilib və bu il ilk dəfə olaraq sualları yoxlamaq üçün əlavə 10 dəqiqədə ayrılıb. Seanslararası imtahan zalları dezinfeksiya olunub. Növbətiimtahanlar Azərbaycan dili və ədəbiyyat, Rus dili və ədəbiyyat, Musiqi, Təsviri incəsənt fənləri üzrə 18-20 avqustda keçiriləcək.

Elnur Qasımov - MİQ imtahan mərkəzinin rəhbəri: Mərkəz üzrə 4 otaq ayrılmışdı, hər otaqda 12 komputer mərkəz serverə qoşulmuşdu. Ümumiyyətlə sullar yalnız və yalnız serverdən ötrülür. İmtahan başlamazdan əvvəl hər bir iştirakçı öz şəxsiyyət vəsiqəsinin kodunu və imtahan otağında olan nəzarətçinin təqdim etdiyi şifrə ilə sistemə daxil olur. Hər bir şəxsin özünə suallar göndərilir. Sualların cavabları imtahan bitdi düyməsini vurduqdan sonra imtahanın nəticəsi ekrana gəlir və namizəd bilir ki, faktiki olaraq neçə bal yığıb.

Türkan Əhmədova - iştirakçı: Mən Göygöl rayonundan gəlmişəm, imtahan çox gözəl idi. Epidemiyya qaydalarına uyğun keçirildi, suallardan da çox razıyam. Fizika müəllimliyi üzrə 44 bal topladım.

Türanə Hüseynova - iştirakçı: Gəncə şəhərindən fizika fənni üzrə verdim. İmtahan hazıralaşan üçün çox yaxşı idi. Keçmədim 28 bal topladım.