• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2020
— 14.08.2020 11:58

Gizli işləyən restoran aşkarlandı

KepezTV Player

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib. Heydər Hüseynov küçəsində yerləşən “Miraj” restoranının qaydaları pozaraq, müştəri qəbul etdiyi məlum olub. İcarə əsasında obyekti işlədən Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 3100 manat cərimə edilib.